Putin Paşinyanla görüşündə bizim uğurlarımızdan danışıb Asim Mollazadə

02.04.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Rusiya lideri Vladimir Putin bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində İrəvan və Bakı arasında münasibətlər sabitləşib.

Rusiya liderinin məlum açıqlamasını Redaktor.az-a şərh edən deputat Asim Mollazadə bildirdi ki, Vladimir Putin Nikol Paşinyanla görüşü zamanı sadəcə olaraq mövcud olan faktı sadalayıb, bizim uğurlarımızdan danışıb.

"Putinin çıxışı zamanı verdiyi açıqlamalarda mənfi heç bir şey yoxdur. Eyni zamanda deyə bilərik ki, Azərbaycanın sülh layihəsi Cənubi Qafqaz regionunda irəliləyir. Ona maneçilik törədən yoxdur, yaxud da ki, heç kim buna cəsarət etmir", - deyə parlamentari əlavə etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью