Putin Peşekianla regionda gərginliyin azaldılmasını müzakirə edib

16.01.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla ilə telefonla danışıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью