Putin Pezeşkianla bu tarixdə görüşəcək

15.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Peskov əlavə edib ki, İran prezidentinin Moskvaya gözlənilən səfərinin çox mühüm tərkib hissəsi iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasıdır.

“Bu, bizim üçün çox mühüm hadisədir, biz buna böyük əhəmiyyət veririk”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью