Putin Qazaxıstana getdi

27.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.

Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.

Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью