Putin Qazaxıstana səfər edib

27.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Kreml öz saytında məlumat yayıb.

“Rusiya prezidenti Qazaxıstana iki günlük dövlət səfərinə gəlib”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Putin noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью