Putin Qazaxıstandadır Foto

27.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Məlumata əsasən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vladimir Putini Astana hava limanında qarşılayıb.

Səfər zamanı Rusiya lideri qazaxıstanlı həmkarı ilə danışıqlar aparacaq. Dövlət başçıları Astana ilə Moskva arasında strateji tərəfdaşlığın inkişafını müzakirə edəcəklər.

Qeyd edək ki, Putin Qazaxıstana iki günlük səfər edib. O, sabah KTMT-nin Astanada keçiriləcək sessiyasında iştirak edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью