Putin qələbəni tam elan etmək üçün... Zelenski

09.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Putin qələbəni elan etmək üçün Donbası tam ələ keçirməlidir. Lakin Ukrayna geri çəkilməyəcək, çünki onun daha irəli getməyəcəyinə dair heç bir zəmanət yoxdur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında yazıb.

Zelenski, həmçinin bildirib ki, müharibədən sonra Rusiyanın təkrar hücumu halında Ukraynanın ABŞ-dan güclü təhlükəsizlik zəmanətləri olacaq.

Müharibənin sonu ilə bağlı şərh verən Zelenski qeyd edib ki, hazırda hər iki tərəfin atəşkəsə ehtiyacı var, çünki bu müharibənin necə bitəcəyini heç kim bilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью