Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, görüş Kremldə keçirilib.
Liderlər əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra danışıqlar rəsmi səhər yeməyində davam edib.
Daha sonra imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Kreml hər iki tərəfdən “kifayət qədər nümayəndə heyətlərinin” iştirakını elan edib.
Rusiya prezidenti ilə Qətər əmirinin ticarət-iqtisadi və humanitar sahələrə xüsusi önəm verərək ikitərəfli əməkdaşlığı, eləcə də beynəlxalq gündəliyin bir sıra əsas mövzularını müzakirə ediblər.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, gündəliyə Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyət daxildir.