Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
Putin bildirib ki, Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulması regional münaqişəni qlobal müharibəyə çevirib: “Ukraynadakı münaqişə Rusiya Federasiyasına uzaqmənzilli Qərb raketlərinin hücumlarından sonra qlobal xarakterli elementlər alıb”.
Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və onlar qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.
Putin qeyd edib ki, ABŞ və NATO Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirirlər.
“Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar.
Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”, - deyə o qeyd edib.