Putin qonşu ölkələrə müraciət etdi

29.05.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderlərinə mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, o, sözügedən ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ) Günü münasibətilə təbrik edib.

“Aİİ daxilində inteqrasiya prosesləri çox dinamik və məhsuldar inkişaf edir. Əminəm ki, biz konstruktiv çoxtərəfli əməkdaşlığı hər cür şəkildə qurmağa davam edəcəyik”, – deyə Putin bildirib.

Qeyd edək ki, 2014-cü il, 29 mayda Rusiya, Belarus və Qazaxıstan başçıları Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar. Bu, 2015-ci il yanvarın 1-də qüvvəyə minib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью