Putin qopuzda ifa etdi Video

27.11.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin “Enesai” yurduna səfəri zamanı qırğız xalq musiqi aləti olan qopuzda ifa edib.

“Qafqazinfo” xəbər verir ki, görüntülər Kremlin teleqram kanalında paylaşılıb.

Belə ki, Putin aləti əlində tutaraq, “necə?” sualını verib və sağ əl ilə ifanı sınaqdan keçirib. Yaxınlığındakı şəxs “bu, üç simli alətdir” cavabını verdikdə, Putin “bəli, bunu bilirəm” deyə bildirib.

Putin sonda qopuzu geri verərək, alətdə ifa etmə imkanına görə təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью