Putin: “Qrenlandiya üçün Alyaska təcrübəsi var”

22.01.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə deyib. Onun sözlərinə görə, Rusiyanın ABŞ ilə buna bənzər məsələləri həll etmək təcrübəsi var. Belə ki, 1867-ci ildə Rusiya ABŞ-yə Alyaskanı satıb.
“Əgər yaddaşım məni aldatmırsa, Alyaskanın ərazisi təxminən 1 milyon 717 min kvadrat kilometrdən bir az çoxdur. ABŞ Alyaskanı bizdən 7,2 milyon ABŞ dollarına alıb. Təbii ki, bu rəqəmləri yoxlamaq lazımdır, amma məncə, bu, belədir. Bütün bu onilliklər ərzində inflyasiyaya uyğunlaşdırılmış bugünkü qiymətlərlə bu rəqəm 158 milyon dollar olacaq”, - Putin hesablama aparıb.
Rusiya prezidenti Qrenlandiyanın ərazisinin isə bir qədər böyük – 2 milyon 166 min kvadrat kilometrdən bir qədər çox olduğunu diqqətə çatdırıb. Yəni Alyaskanın ərazisindən təxminən 449-450 min kvadrat kilometr çoxdur. Beləliklə, ABŞ-nin Alyaskanı aldığı qiymətlə müqayisədə, Qrenlandiya təxminən 200-250 milyon dollara başa gələcək.
Putin bildirib ki, qızılın ovaxtkı məzənnəsi ilə müqayisə edilsə, bu rəqəm daha yüksək - yəqin ki, bir milyard ABŞ dollarına yaxın olardı.
- Amma düşünürəm ki, Birləşmiş Ştatlar bu rəqəmin də öhdəsindən gələ bilər. Əsas odur ki, Danimarka və ABŞ-nin da bu məsələdə təcrübəsi var. Məncə, Danimarka 1917-ci ildə Virgin adalarını satıb, ABŞ isə onları alıb. Deməli, bu təcrübə də mövcuddur”, - Rusiya lideri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью