Putin raket mühərriklərinin yaradılması üzərində işi davam etdirməyi tapşırıb

06.09.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 5-də prezident Vladimir Putin aerokosmik sənaye liderlərini kosmik gəmilər üçün raket mühərriklərinin yaradılması üzərində işi davam etdirməyə və Rusiyanın kosmik texnologiya sahəsində lider kimi uzunmüddətli reputasiyasını gücləndirməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, Putin Samarada mütəxəssislərlə görüşüb və Kuznetsov zavoduna baxış keçirib.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya aerokosmik sənayenin inkişafında aparıcı qüvvə olaraq qalır. Putinin açıqlamalarını Rusiya mətbuatı yayıb.

Rusiya prezidenti qeyd edib ki, raket daşıyıcıları üçün mühərriklərin istehsalı üzrə istehsal gücünü ardıcıl bərpa etmək vacibdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью