Putin Ramzan Kadırovun istefasını qəbul etməyib

08.05.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Rusiya prezidenti Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovun istefasını qəbul etməyib.

AzPost bildirir ki, bu barədə Kadırov açıqlama verib.

“Mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm!” – Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, R.Kadırov dünən Çeçenistan başçısı vəzifəsindən mümkün istefası barədə paylaşım edib. “Bu gün mən prezidentdən soruşacağam. O nə desə, belə də olacaq. Seçkilər yaxındadır. Soruşacağam. Amma niyə də olmasın? Biz hər şeyi etdik, hər şeyi qurduq. Kiminsə hər hansı problemi varsa, biz qayıdacağıq! Amma yenə deyirəm: qərar verən mən deyiləm!”

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью