“Putin razılığa gəlməsə, müharibə onun üçün pis nəticələnəcək”

13.10.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni həll etsəydi, əla görünərdi. Düşünürəm ki, o bunu edəcək və qarşıdakı zaman ərzində bunu görəcəyik”.

Mİssiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Putin razılığa gəlməsə, müharibə onun üçün pis nəticələnəcək.

“Bilirsiniz, ötən həftə orada yeddi mindən çox hərbçi həlak oldu. Düşünün ki, hər həftə onlar 5-7 min əsgər itirirlər. Bu, dəlilikdir", - deyə siyasətçi vurğulayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu müharibə heç vaxt başlamamalı idi.

Tramp həmçinin ukraynalıların özlərini əla döyüşçü kimi göstərdiklərini də qeyd edib.

Daşqın Həsənov

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью