“Putin razılığa gəlməyə hazırdır, Zelenski mane olur” Tramp

15.01.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


“Rusiya-Ukrayna münaqişəsinin həlli Moskvanın deyil, Kiyevin mövqeyinə görə gecikir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibə zamanı deyib.
Agenyliyin jurnalisti Amerika liderindən ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərinin niyə indiyə qədər uğursuz olduğu soruşub.
Tramp isə cavabında qısaca olaraq: “Ukrayna Prezidenti Volodimir Zelenski”, - deyib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin münaqişəyə son qoymağa hazırdır.
“Düşünürəm ki, o, (Rusiya Prezidenti Vladimir Putin) razılığa gəlməyə hazırdır. Düşünürəm ki, Ukrayna razılığa gəlməyə daha az hazırdır”, - Tramp əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью