Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var... Bolton

11.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymağa çalışdığı bir vaxtda Ukrayna ilə uzunmüddətli atəşkəsdən dəfələrlə imtina ilə risk edir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

Onun fikrincə, Rusiya Qərbi Avropa və ABŞ-ın Ukraynanı genişmiqyaslı işğalından sonra ona qarşı tətbiq etdiyi sanksiyalardan iqtisadi cəhətdən əziyyət çəksə də, hələ də çox güclü siyasi mövqedədir.

“Putin artıq öz məqsədlərinə çatmaq üçün bir çox güzəştlər əldə edib. O, Rusiyanın Ukraynada işğal etdiyi əraziləri saxlamaq istəyir, lakin məncə, bu məqamda o, Tramp ilə bağlı imkanlarını həddən artıq qiymətləndirmək riski daşıyır”, – deyə Bolton bildirib.

Boltonun fikrincə, Putin heç olmasa ordusunu bərpa etmək üçün atəşkəs təklifini qəbul etməli idi, çünki hazırda ruslara bu çox lazımdır.

Əliyar Xəlil 

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью