Putin rolunu bu aktyor oynayacaq

11.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Britaniyalı aktyor Cud Lou Culiano da Empolinin “Kreml sehrbazı” bədii kitabı əsasında çəkiləcək filmdə Rusiya prezidenti Vladimir Putini canlandıracağını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, aktyor bu barədə "Deadline" müsahibəsində danışıb.
Lounun sözlərinə görə, o, hələ rol üzərində işə başlamayıb. Film rejissor Olivye Assayas tərəfindən çəkiləcək .
Kitabın süjeti 1990-cı illərdə, siyasi strateq Vadim Baranovun ( Paul Dano ) Rusiyanın gələcək prezidentinin müşaviri olduğu zaman baş verir. Filmdə həmçinin Alisiya Vikander , Zak Qalifianakis və Tom Sturric də çəkiləcək .
Filmin premyerasının nə vaxt olacağı hələ məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью