Putin: Rusiya ABŞ sammiti üçün BƏƏ münasib məkandır

07.08.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Rusiya ilə ABŞ arasında planlaşdırılan sammitə ev sahibliyi etmək üçün uyğun məkan ola biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Kremldə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdən sonra jurnalistlərə açıqlama verib.

“Belə tədbirin təşkilində bizə yardım etməyə hazır çox sayda dostlarımız var. Bu dostlardan biri də BƏƏ Prezidentidir”, – deyə Putin qeyd edib.

Dövlət başçısı əlavə edib ki, hələlik yekun qərar verilməsə də, BƏƏ sammitin keçirilməsi üçün kifayət qədər uyğun variantlardan biri sayılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью