Putin: Rusiya, ABŞ və Çin sülhə görə məsuliyyət daşıyır

19.11.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya, Çin və ABŞ arasında konstruktiv əməkdaşlıq qlobal sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər.

Gununesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şençjendə keçirilən Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşündə bildirib.

O, Rusiya, Çin və ABŞ-ın Ukrayna da daxil olmaqla regional münaqişələrin həllində bir çox ortaq maraqlarının olduğunu söyləyib.

Putin bu gün Donald Trampla görüşündə Ukrayna məsələsinin ətraflı müzakirə olunduğunu qeyd edib.

Putin bildirib ki, Rusiya, Çin və ABŞ hörmət, bərabərlik və maraqlar balansı əsasında əməkdaşlıq etməlidirlər.

Rusiya lideri əlavə edib ki, Rusiya, ABŞ və Çin beynəlxalq sülhün qorunmasında məsuliyyət daşıyır.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью