Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Budapeşt sammitini Amerika tərəfi təklif edib.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Rusiya-Amerika sammiti çox güman ki, təxirə salınacaq.
Putin bu danışıqlara hazırlıqsız yanaşmağın səhv olacağını bildirib.
Onun sözlərinə görə, dialoq həmişə qarşıdurma, mübahisə və ya davam edən müharibədən yaxşıdır.