Putin: Rusiya ilə Çin arasında hesablaşmalarda dollar və avronun payı azalıb | Icma.az
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır. Müəllif:Mehin Qasımova,Banco.az Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri arasınd
Putin bildirib ki, Rusiya ilə Çin arasında qarşılıqlı hesablaşmalarda dollar və avronun payı azalıb.
Onun sözlərinə görə, ölkələr arasında hesablaşmalar demək olar ki, tamamilə milli valyutalara keçirilib.
O, Moskva ilə Pekin arasında iqtisadi əlaqələrin “görünməmiş yüksək səviyyəyə” çatdığını və 2021-ci ildən ticarət dövriyyəsinin 100 milyard dollara yaxın artdığını vurğulayıb.
“Vurğulamaq istərdim ki, ticarət dövriyyəsi rəqəmləri yalnız dollar ekvivalentində qiymətləndirilir, lakin ölkələrimiz arasında hesablaşmalar demək olar ki, tamamilə milli valyutalara çevrilib.
- Putin qeyd edib. Dolların və avronun payı 31,6%-dən il ərzində 13 faiz bəndi azalaraq 18,6% təşkil edib.
Bu, dost ölkələrin valyutalarının payının bir il əvvəlki 29,4%-dən 40,2-yə yüksəlməsi fonunda baş verib.
Rubl ardıcıl ikinci ildir ki, ixrac üzrə hesablaşma əməliyyatlarında ən böyük paya malikdir - 2024-cü ildə 41,3%, lakin bu, 2023-cü ilin göstəricisini cəmi 2,3 faiz bəndi üstələyir.
Tam oxu
Xəbəri oxu