Putin Rusiya üçtərəfli danışıqların tarixini təsdiqlədi

06.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

Putin qarşıdakı görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərini, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərini və digər rəsmiləri müzakirəyə dəvət edib.

Rusiya Prezidenti danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkürünü bildirib. O, BƏƏ-nin Ukrayna böhranının həlli istiqamətində, eləcə də humanitar məsələlərin və əsir mübadiləsinin təşkilində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Qeyd edək ki, üçtərəfli görüşün noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Danışıqlarda ABŞ vasitəçi qismində çıxış edəcək. Rusiya nümayəndə heyətinə isə əvvəlki razılaşmaya əsasən, prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью