Putin Rusiya və ABŞnin zərbə sistemlərini müqayisə etdi

16.12.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin Rusiya və ABŞ-nin zərbə sistemlərini müqayisə edib.

Bakıvaxtı.az xəbər verir ki, Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bəyan edib ki, ölkəsi ABŞ-nin malik olduğu zərbə komplekslərindən daha müasir və güclü sistemlər yaradıb.

Onun sözlərinə görə, SSRİ dövründə ABŞ orta mənzilli yerüstü, dəniz və hava bazalı sistemlərə malik idi, amma Moskvanın arsenalında bu cür sistemlər mövcud deyildi.

"Bu gün artıq Rusiya  ABŞ-dən daha müasir dəniz bazalı komplekslər yaratmışıq", – deyə dövlət başçısı vurğulayıb.
Rusiya lideri müasir sistemlər arasında hipersəs sürətli kompleksləri, eləcə də "Circon" və "Kalibr" raketlərini qeyd edib. O, "Oreşnik" adlı yeni kompleksin yüksək effektivliyini vurğulayaraq, onun gücünün nüvə silahı tətbiqi ilə müqayisə oluna biləcəyini bildirib.
Nuriyyə Musayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью