Ayna saytına istinadən Icma.az xəbər verir.
Dil Günü 8 sentyabrda, Rusiyanın Yerli Xalqlar Günü 30 apreldə qeyd olunacaq
Rusiya Prezidenti Vladimir Putin 8 sentyabrda qeyd olunacaq Rusiya Federasiyasının Dil Gününün təsis edilməsi haqqında fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, fərman hüquqi aktların veb saytında yerləşdirilib.
Sənəddə deyilir: "Rusiya Federasiyası xalqlarının dillərinin qorunması və dəstəklənməsi məqsədilə fərman verirəm: Rusiya Federasiyası xalqlarının Dil Günü 8 sentyabrda qeyd edilsin".
Fərman imzalandığı gündən qüvvəyə minir.
Prezident həmçinin 30 apreldə qeyd olunacaq Rusiyanın Yerli Xalqlar Gününün təsis edilməsi haqqında fərman imzalayıb.