Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra? | Icma.az
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin bu gün Prezident İlham Əliyevə zəng edərək, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya düşməsinə görə üzrxahlığını çatdırdı.
Sosial şəbəkələrin əsas müzakirə mövzusu budur: “Üzr belə olmalı deyil, Rusiya məsuliyyəti öz üzərinə götürmədi, təzminat məsələsinə isə ümumiyyətlə toxunulmadı”.
Bu müzakirələrə Kremlin telefon zəngi ilə bağlı yaydığı məlumat tam aydınlıq gətirir.
Kremlin məlumatında bildirilir: “Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb” (Владимир Путин принёс свои извинения в связи с тем, что трагический инцидент произошёл в воздушном пространстве России, и ещё раз выразил глубокие и искренние соболезнования семьям погибших, пожелал скорейшего выздоровления пострадавшим).
Məsələ bundadır ki, Rusiya lideri Vladimir Putin AZAL təyyarəsinin “kənar müdaxilə” nəticəsində qəzaya uğraması faktına görə üzr istəyib.
Çünki mülki təyyarə Rusiya səmasında olub və Rusiya onun təhlükəsizliyini təmin etməyə borclu idi.
Ancaq AZAL təyyarəsini Rusiya HHM sistemlərinin vurması və daha sonra təyyarəyə enişə icazə verilməməsi, onun Xəzər üzərinə göndərilməsinə toxunulmayıb, çünki Rusiya hələ bu məlumatların təsdiqləndiyi fikrində deyil və Qazaxıstanda aparılan istintaq bu nəticəni açıqlamayıb, “qara qutu” da oxunmayıb.
Tam oxu
Xəbəri oxu