Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib edib

03.09.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib.

Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.

“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.

Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью