Putin: Rusiyanın 246 hərbçisi BƏƏ sayəsində Pasxa baytamı ərəfəsində qaytarılıb

01.05.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin BƏƏ-dən olan həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığında Əbu Dabinin Rusiya-Ukrayna əsirlərinin mübadiləsində göstərdiyi köməyi yüksək qiymətləndirib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Əmirlik tərəfinin səyləri sayəsində 246 rusiyalı hərbçi Pasxa bayramı ərəfəsində (19 apreldə) vətənə qayıda bilib”, - məlumatda qeyd olunur.

Bundan əvvəl Rusiya və Ukraynanın hərbi qulluqçuların meyitlərinin mübadiləsini apardığı bildirilmişdi. 41 nəfərin meyiti Rusiya tərəfinə, 909 hərbçinin meyiti isə Ukrayna tərəfinə qaytarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью