Putin Rusiyanın etibarlı müttəfiqi açıqlayıb

25.12.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin Tacikistanı Moskvanın etibarlı müttəfiqi adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu Tacikistan prezidenti Emoməli Rəhmonla görüşündə deyib.

“Tacikistan bizim etibarlı müttəfiqimiz və yaxşı iqtisadi tərəfdaşımızdır. Rusiya Federasiyası Tacikistanın ticarət-iqtisadi tərəfdaşları arasında birinci, investisiyaların həcminə görə ikinci yerdədir”, - deyə Putin bildirib.

O, həmçinin Moskva ilə Düşənbə arasında münasibətlərin konstruktiv və etibarlı olduğunu qeyd edərək, onların yaxşı templə inkişaf etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью