Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib | Icma.az
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Rusiya nüvə silahına çəkindirmə vasitəsi kimi baxır, ondan istifadə ifrat və zəruri tədbirdir".
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasında deyilir.
Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Həmçinin qeyd edilir ki, potensial düşmənin Rusiya Federasiyası və onun müttəfiqlərinə qarşı təcavüzündən çəkindirilməsi hökumətin ali prioritetlərindən biridir.
“Potensial düşmənin Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüzdən zəmanətli çəkindirilməsi hökumətin ən yüksək prioritetlərindən biridir.
Təcavüzün qarşısının alınması Rusiya Federasiyasının hərbi gücü, o cümlədən nüvə silahı ilə təmin edilir”, - deyə sənəddə bildirilir.
Sənəddə vurğulanır ki, hərbi koalisiyadan hər hansı dövlətin Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndirilir.
Tam oxu
Xəbəri oxu