Putin Rüstəm Muradova yeni vəzifə verdi

29.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

2023-cü ilin yazında Ukraynanın Donbas bölgəsindəki Uqledar şəhəri ətrafındakı uğursuz hərbi əməliyyatlar səbəbindən vəzifəsindən azad edilən Şərq Hərbi Dairəsinin komandanı Rusiya ordusunun general-polkovniki Rüstəm Muradov yeni vəzifəyə təyin edilib.

Ölkə.az xəbər verir ki, Rüstəm Muradov prezident Vladimir Putinin sərəncamı ilə Rusiya Quru Qoşunları Ali Baş Komandanının birinci müavini təyin edilib

Qeyd edək ki, əslən dağıstanlı olan Rüstəm Muradov 44 günlük Vətən müharibədən sonra Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının komandanı olub.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью