Putin sabah əl Şaraa ilə görüşəcək

27.01.2026

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya keçid hökumətinin Prezidenti Əhməd əl-Şaraa yanvarın 28-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmək məqsədilə Moskvaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, bu, əl-Şaraanın 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Moskvaya ikinci rəsmi səfəridir.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini, Yaxın Şərqdəki mövcud gərginliyi və Suriyanın münaqişədən sonrakı bərpa prosesini müzakirə edəcəklər. Məlumata görə, danışıqların əsas mövzularından biri də Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək statusu və əvvəlki rejim dövründə imzalanmış sazişlərin yenidən nəzərdən keçirilməsi olacaq.

Xatırladaq ki, Suriya lideri bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada Putinlə bir araya gəlmişdi. Həmin vaxt əl-Şaraa Dəməşqin Moskva ilə tarixi əlaqələri yenidən qurmaq və strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью