Icma.az bildirir, Ayna portalına istinadən.
Kreml Putinin Amerika danışıqçıları ilə görüşü barədə açıqlama yayıb
Rusiya Prezidenti Vladimir Putin 12 noyabr səhəri amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək. AYNA.AZ “RİA Novosti”yə istinadən bildiri ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Jurnalistlərin Putinin ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlarının nə vaxt baş tutacağı barədə sualına Uşakov cavabında görüşün 12 noyabr səhəri baş tutacağını bildirib.
Uşakov həmçinin qeyd edib ki, Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilməsi məsələsi "müvafiq kanallar vasitəsilə" həll olunur.