Putin Şahnazarova təəccübləndi: Doğrudanmı böyükdür?

13.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Rusiya kino industriyası sahəsində Qərbdən geri qalmır.

Xalqcebhesi.az xəbər verir ki, bunu “Mosfilm”in baş direktoru Karen Şahnazarov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Putin Şahnazarovdan soruşub ki, doğrudanmı “Mosfilm” Avropa və dünyanın ən böyük studiyasıdır?

“Bəli, Avropada ən böyük. Dünyada isə “Uorner”, “Universal”dan geri qalmırıq. Başqa məsələ ki, onların Hollivudda 5 studiyası var, amma bizim bir. Biz onlardan geri qalmırıq, əksinə, bir neçə aspektdə onları ötüb keçirik”, - Şahnazarov bildirib.

Şahnazarovun sözlərinə görə, hazırda “Mosfilm” Avropada ən təmin olunmuş studiyadır və ciddi şəkildə modernləşdirilib.

Putin isə “Çox yaxşı” deyib.

Qeyd edilib ki, "Mosfilm" ildə 80 film istehsal edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью