Putin SanktPeterburaq gedir Sabah liderlər toplaşacaq

24.12.2024

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburq şəhərinə yola düşüb. Sabah həmin şəhərdə MDB-nin qeyri-formal sammiti keçiriləcək.
Putin bu gün Sankt-Peterburqda tacikistanlı həmkarı Emomali Rahmonla görüşəcək. 2024-cü ildə MDB-yə Rusiya sədrlik edib, 2025-ci ildə isə estafet Tacikistana veriləcək.
Kremldən verilən açıqlamaya görə, dekabrın 25-26-da reallaşdırılacaq proqram Rusiyanın 2024-cü ildə MDB-dəki sədrliyinə həsr ediləcək. Bundan sonra liderlər bir-biri ilə qeyri-formal şəraitdə ünsiyyətdə ola biləcəklər.
Dekabrın 26-da isə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək, burada müşahidəçi ölkələrin - Özbəkistan ilə Kubanın da təmsilçiləri iştirak edəcəklər. Bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Bütün tədbirlər Leninqrad vilayətindəki "İqora" kurort kompleksində keçiriləcək.
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью