Putin Şaraaya xüsusi mesaj göndərib

20.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd Şaraa xüsusi mesaj göndərib. Bildirilib ki, Putin Şaraa ünvanladığı mesajda Suriyanın bütövlüyünü dəstəkləməyə hazır olduqlarını vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatı ölkə prezidenti Vladimir Putinin Suriya prezidenti Əhməd Şaraa xüsusi mesaj göndərdiyini yazıb.

Kremldən verilən açıqlamada: “Prezident Putin Suriyada vəziyyətin sürətlə sabitləşdirilməsi, ölkənin suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərə dəstək ifadə edən mesaj göndərib”, - deyə qeyd edilib.

Bəyanatda bildirilir ki, Putin iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью