Putin Şavkat Mirziyoyevlə GÖRÜŞDÜ

31.08.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Bişkekdə VI Ümumdünya Köçəri Oyunları çərçivəsində görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayıb.

“VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 31-də Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Tədbir çərçivəsində Rusiya Prezidenti Hindistanın Baş naziri Narendra Modi ilə də görüşüb.

Putin Rusiya-Hindistan münasibətlərinin xüsusi imtiyazlı strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməkdə davam etdiyini bildirib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью