Putin səhvən özünü CIA direktoru adlandırdı

03.10.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Valday” Diskussiya Klubunun iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin Corc Buşun dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktorunun ona məxfi agentlik sənədlərini göstərdiyini və onları imzalamağı xahiş etdiyini xatırladıb.

"Mən CIA direktoru kimi..." - deyən Putin zalda qopan gülüşdən sonra zarafatla əlavə edib: "Gələcək CIA direktoru kimi..."

Rusiya lideri bildirib: "Buş bir dəfə MKİ (CIA) direktorunun iştirakı ilə mənə məxfi sənədləri göstərdi və o dedi: "Cənab prezident, siz bu çox məxfi sənədlərlə tanış olmusunuz, lütfən, onları imzalayın. Bu, bizim prosedurumuzdur"./yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью