Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır. ABŞ senatoru Lindsi Qrem Vladimir Putini Donald Trampın şərtlərinə əməl etməsə və
“AzPolitika” xəbər verir ki, “Fox News”-a açıqlama verən senator deyib: “Putin, sənin növbən çatır, Donald Tramp Amerika siyasətinin və xari
Senator qeyd edib ki, bu üç ölkə ucuz Rusiya neftinin təxminən 80%-ni alır və Rusiya hərbi maşınına dəstək verir.
“Mən Çin, Hindistan və Braziliyaya nə deyərdim: ucuz rus neftini almağa davam etsəniz sizə böyük tariflər tətbiq edəcəyik və iqtisadiyyatınızı məhv edəcəyik”, - Qrem deyib.Senator əlavə edib ki, "Tramp bu oyundan yorulub”: “Mən Putinin yerində olsaydım, mümkün qədər tez danışıqlar masasına əyləşərdim".
Bundan əvvəl Kreml Putinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə doğru irəliləməyə hazır olduğunu bildirib.
Bununla belə, Moskva yenə əvvəlki, reallaşması mümkün olmayan absurd tələblərini təkrarlayır.
“AzPolitika.info” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.