Putin səssizliyini pozdu: “Xameneyinin qətli…”

01.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İranın ali lideri Əli Xameneyi və ailəsinin qətli bütün insan əxlaqı, beynəlxalq hüququn kinli şəkildə pozulması ilə həyata keçirilib”. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu İran Prezidenti Məsud Pezeşkiana göndərdiyi başsağlığı teleqramında vurğulayıb.
Kreml saytında dərc olunmuş teleqramda deyilir:

"İran İslam Respublikasının Ali Lideri Seyid Əli Xamenei və ailə üzvlərinin bütün insan əxlaqı və beynəlxalq hüququn kinli şəkildə pozulması ilə əlaqədar ən dərin hüznlə başsağlığımı qəbul edin".

Prezident əlavə edib:

"Xahiş edirəm, ali liderin ailəsinə və dostlarına, hökumətinə və bütün İran xalqına səmimi başsağlığımı və dəstəyimi çatdırasınız".

Bəyanatda deyilir:

"Ölkəmizdə Ayətullah Xameneyi dost Rusiya-İran münasibətlərinin inkişafına böyük şəxsi töhfələr verən, onları hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldıran görkəmli dövlət xadimi kimi xatırlanacaq".

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. Ağ Ev hücumu İrandan gələn iddia edilən raket və nüvə təhdidlərinə istinad etməklə əsaslandırıb.

İran dövlət televiziyası ali rəhbərin öldürüldüyünü bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani mərhum Ayətullah Əli Xameneyinin varisi seçilənə qədər Rəhbərlik Şurasının Ali Rəhbərin vəzifələrini icra edəcəyini açıqlayıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью