Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən “ŞƏT+” formatında iclas zamanı SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıkonu xatırladıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Putin Qromıkonun Qərbdə tez-tez “Cənab Xeyr” (“Mr. No”) ləqəbi ilə tanındığını qeyd edib.
Rusiya lideri BMT-nin fəaliyyətindən narazılığın hələ sovet dövründə də mövcud olduğuna diqqət çəkib.
“Təsadüfi deyil ki, Sovet İttifaqının xarici işlər naziri cənab Qromıkonu tez-tez “Mister No” adlandırırdılar”, - deyə Putin bildirib.
Andrey Qromıkoya “Cənab Xeyr” ləqəbi BMT Təhlükəsizlik Şurasında SSRİ-nin maraqlarını qorumaq məqsədilə veto hüququndan tez-tez istifadə etməsinə görə verilmişdi.
Putinin sözlərinə görə, Qromıko bu hüquqdan Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiyada müstəmləkə asılılığından azad olmaq və müstəqillik uğrunda mübarizə aparan dövlətləri müdafiə etmək üçün də istifadə edib.