Putin Səudiyyə şahzadəsi ilə danışdı | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əs-Səud arasında telefon danışığı baş tutub.Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.“Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyət müzakirə edilib, Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı prinsipial yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyü qeyd edilib”, - məlumatda bildirilib.Bundan əlavə, Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Kazanda keçirilən uğurlu BRİKS sammiti kontekstində fikir mübadiləsi aparıb və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu