Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında uzunmüddətli telefon danışığı baş tutub.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kreml rəsmi məlumat yayıb.
Məlumatın məzmunu belədir: "Söhbət zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin inkişafı məsələləri geniş müzakirə olunub.
Liderlər iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Eyni zamanda, yüksək səviyyəli qarşıdakı görüşlərin qrafiki də təsdiqlənib.
Bu çərçivədə Moskvada "Böyük Vətən Müharibəsi"ndə Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirlər, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və Pekində Yaponiyaya qarşı qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunan mərasimlər müzakirə olunub.
Putin Si Cinpini son vaxtlar Rusiya və ABŞ arasında baş tutan təmaslar barədə məlumatlandırıb.