Putin: Silahlarımızın gücünü gördünüz, alın!

27.11.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya silahları real döyüşdə öz effektivliyini sübut edib və Moskva KTMT müttəfiqlərinə onları bu cür avadanlıqlarla təchiz etmək üçün genişmiqyaslı proqram təklif edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlərdə müttəfiqləri ilə sıx əməkdaşlıq etməyə davam edəcək. Əsas səylərimizi milli kontingentlərin döyüş hazırlığının artırılmasına və kollektiv qüvvələrin idarə olunmasının təkmilləşdirilməsinə yönəldəcəyik”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью