Putin ŞimalCənub dəhlizinə xüsusi nümayəndə təyin edib

25.11.2024

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelevi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə prezidentin xüsusi nümayəndəsi təyin edib.
 

Sfera.az xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
“Savelev Vitali Gennadieviç Rusiya prezidentinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edilib”, - sənəddə deyilib.
Bu fərman imzalandığı gündən, noyabrın 25-dən qüvvəyə minir.


"Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında beynəlxalq müqavilə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Layihə İran və Rusiya vasitəsilə Baltikyanı region ilə Hindistan arasında əlaqəni təmin etməli olan 7,2 min km uzunluğunda nəqliyyat dəhlizidir.
 

Dəhlizin illik gücü 20-30 milyon ton yük təşkil edir.
İnci

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью