Putin Şimali Koreyaya 70dən çox heyvan hədiyyə edib

22.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya şir və qonur ayı da daxil olmaqla 70-dən çox heyvan hədiyyə edib.

"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Rusiya lideri Putin Şimali Koreya lideri Kim Çen Ina yeni hədiyyə göndərib.

Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov 70-dən çox heyvanın olduğu hədiyyəni yük təyyarəsi ilə Pxenyana gətirib.

Heyvanlar arasında bir şir, iki qonur ayı, iki yak, beş kakadu, bir neçə qırqovul və mandarin ördəyi var.

Nazir Kozlov paytaxt Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla da görüşüb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью