Putin Şoltsla söhbətinin təfərrüatlarını açıqladı

28.11.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı haqda açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, telefon danışığında müzakirələr apardıqlarını, lakin hər birinin öz fikirlərində qaldığını bildirib.

“Bu, təbii ki, əsasən Ukraynadakı hadisələrlə bağlı idi. Amma düşünürəm ki, burada nə onun üçün, nə də mənim üçün qeyri-adi heç nə yox idi. O öz fikrini dedi, mən də öz fikrimi. Və biz bu məsələdə fikrimizi dəyişmədik”, - deyə Putin əlavə edib.

Rusiya liderinin sözlərinə görə, Almaniya kansleri səssizliyini pozan ilk Qərb lideri olub.

Qeyd edək ki, Rusiya lideri Almaniya kansleri ilə noyabrın 15-də telefonla danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью