Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəri faktiki olaraq məhv edilib.
...Putin Şoyqunu məhv etdi. Keçmiş müdafiə nazirinin reytinqi mütləq minimuma çatıb - indi hətta Volodin də onu qabaqlayır.
SİA xəbər verir ki, VTsIOM-un sorğusuna əsasən, uzun illər Rusiyada Putindən sonra ikinci ən populyar məmur olan keçmiş Müdafiə Nazirliyinin rəhbəri istefası səbəbindən bütün reytinqini itirib.
İndi o, ölkənin ən populyar siyasətçiləri siyahısında yalnız altıncı yerdədir. …Şoyqunun etibar reytinqi 1,8 faiz təşkil edir.
Bu, VTsIOM-un oktyabr ayının nəticələrinə əsasən apardığı sorğunun məlumatlarıdır.
Ənənəvi olaraq birinci yeri Putin (35,5 faiz), Mişustin (14,1 faiz) və Lavrov (12,5 faiz) tutur.
Qalan siyasətçilər ilk üçlükdən ciddi şəkildə geri qalırlar. Dördüncü yeri Zyuqanov (3,5 faiz), beşinci yeri Volodin (2,4 faiz) tutub.
1000 günlük müharibə zamanı Şoyqu bütün seçki potensialını itirib.