Putin soyuducuda nə saxladığını göstərdi

04.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə Kremldəki soyuducusunda nə saxladığını göstərib.

Oxu.Az xəbər verir ki, jurnalist "Rossiya-1" kanalında yayımlanan "Rusiya. Kreml. Putin. 25 il" filminin fraqmentini paylaşıb.

Putin Kremldəki mənzilini göstərərək çəkiliş qrupuna yemək təklif edib. Soyuducuda qatıq və ryajenka (süd məhsulu - red.) tapılıb. Dövlət başçısı bunların Rusiya məhsulu olduğunu təsdiqləyib.

Prezidentin mətbəxində Belarus istehsalı bir qutu şokolad da olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью