Putin sülhə hazırdır Diqqətçəkən açıqlama

01.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Slovakiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olduğunu görür və onlar üçün platforma yaratmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu "TASS"a açıqlamasında Avropa Parlamentinin deputatı, baş nazir Robert Fikonun “İstiqamət – Sosial Demokratiya” partiyasının beynəlxalq şöbəsinin rəhbəri Katarina Rot-Nevedilova deyib.

"Mən bunu müsbət əlamət, Rusiyanın atəşkəsə, danışıqlara başlamasına və sülhə gedən yol axtarmağa hazır olması kimi qiymətləndirirəm. Biz ancaq buna dəstək ola bilərik. Mən həmçinin əminəm ki, Slovakiya prosesi asanlaşdırmağa və Ukrayna münaqişəsinə son ​​qoymağa kömək etməyə hazırdır”, - deyə deputat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью